Bank Of Baku

Azərbaycan müxalifət partiyasının sədr müavini: “ADP siyasi oriyentasiyanı elə itirib ki, gəmini hara gəldi çırpır”

Azərbaycan müxalifət partiyasının sədr müavini: “ADP siyasi oriyentasiyanı elə itirib ki, gəmini hara gəldi çırpır”
# 21 fevral 2008 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Rəsul Quliyevin ADP-dən getməsindən sonra bu partiyanın hansı vəziyyətə düşdüyü göz qabağındadır. Artıq partiya rəhbərliyi siyasi oriyentasiyanı elə itirib ki, gəmini hara gəldi çırpır”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov ADP Ali Məclisinin sonuncu iclasında R. Quliyevlə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ADP-nin inkişafı, tərəfdarlarının artması Rəsul Quliyevlə bağlıdır. Sədr müavini hesab edir ki, R. Quliyevin bu partiyaya transferi müxalifətdə tanınmayan, heç bir uğur qazanmayan, cəmiyyətdə aparıcı partiya olmayan ADP-nin ölkənin 4 iri partiyasından birinə çevrilməsinə səbəb olub: “Bunu heç kim dana bilməz. Yaxın zamanda, prezident seçkilərində bəlli olacaq ki, ADP-nin əvvəlki gücü yalnız Rəsul Quliyevlə bağlı olub. Azərbaycanda partiya ideya yox, şəxslərin ətrafında formalaşır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR