Bank Of Baku

Konqresmen Robert Veksler: “Azərbaycan mürəkkəb coğrafi regionda yerləşməsinə baxmayaraq, Qərbyönümlü siyasətini davam etdirir”

Konqresmen Robert Veksler: “Azərbaycan mürəkkəb coğrafi regionda yerləşməsinə baxmayaraq, Qərbyönümlü siyasətini davam etdirir”
# 21 fevral 2008 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Ədalət uğrunda Amerika Türk Alyansı tərəfindən təşkil olunan görüşün əsas məqsədi yaxın gələcəkdə Konqresə keçiriləcək seçkilərdə konqresmenə Türk və Azərbaycan icmasının dəstəyini nümayiş etdirmək olub. Şimali Kaliforniyanın Menlo Park şəhərində keçirilən mərasimdə Azərbaycan icmasını Şimali Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təsisçisi Samir Lütvəliyev təmsil edib.
Tədbirdən əvvəl APA-nın ABŞ bürosunun sualını cavablandıran konqresmen Veksler iki həftə əvvəl Azərbaycana etdiyi səfərin nəticələrini müsbət qiymətləndirib. O, İran və Rusiya kimi nəhəng ölkələrlə qonşuluq edən Azərbaycanın Qərblə müttəfiqlik etdiyini, həm Avropa, həm də ABŞ üçün vacib enerji mənbəyi olduğunu xatırladıb: “Azərbaycan mürəkkəb coğrafi regionda yerləşməsinə baxmayaraq, Qərbyönümlü siyasətini davam etdirir”. Konqresmen Azərbaycan paytaxtında olduğu gün yarım ərzində ən yadda qalan məqam kimi Türkiyənin Bakıda çox gözəl səfirlik binasına malik olduğunu xatırladıb. O, Bakıda ən böyük səfirliyin Türkiyəyə məxsus olmasını iki dövlət arasında əbədi qardaşlığın rəmzi adlandırıb. Toplantıda çıxış edən Robert Veksler öz çıxışında Türkiyə diasporunun inkişaf mərhələsində olduğunu və Konqresdə Türkiyə ilə bağlı işçi qrupda artıq 72 millət vəkilinin təmsil edildiyini deyib. Konqresmen diaspora quruculuğu işində əsas diqqətin Kaliforniya ştatına yönəlməsini vacib sayıb: “Çünki ABŞ-ın ən böyük erməni icması burada yaşayır”. O, ermənilərin ortaya atdığı qondarma “erməni soyqırımı” haqqında 106-cı qətnaməni müdafiə edənlərin Amerikanın nüfuzuna xələl gətirdiklərini bildirib. Konqresmen öz fikrini Türkiyənin demokratik dövlət olması və İraqda keçirilən hərbi əməliyyatlar üçün ləvazimat, sursat və ərzağın 75 faizinin bu ölkədən keçərək bölgəyə çatdırılması ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR