Bank Of Baku

Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilib
# 21 fevral 2008 13:24 (UTC +04:00)
Kayseri. Mayis Əlizadə-APA. Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilib. APA-nın Türkiyə bürosunun tədbirlərdə iştirak edən millət vəkili Qənirə Paşayevadan aldığı məlumata görə, əvvəlcə Kayeseri Ticarət Palatasında Xocalı soyğırımı ilə bağlı xatirə tədbiri və müzakirələr keçirilib. Daha sonra isə Kayserinin mərkəzi parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önündə anım tədbiri keçirilib. Kayserinin Ərciyez Universitetində keçirilən tədbir də Xocalı faciəsinin ildönümü ilə bağlı müzakirələrə həsr olunub. Bütün tədbirlərdə iştirakçılar öncə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı filminə baxıblar. Onlara fondun soyğırım və Azərbaycan həqiqtələri ilə bağlı hazırladığı kitablar da paylanılıb. Müzakirələrdə ermənilərin tarixi Azərbaycan torpaqlarına yerləşdirilmələri, İrəvan, Zəngəzur bölgələrinin azərbaycanlıların iradəsindən kənar ermənilərə verilməsi, ermənilərin türklərə qarşı dəfələrlə törətdikləri soyqırım faktları barədə danışılıb, bu həqiqətlərin dünyaya çatdırılmasının yolları müzakirə olunub. Müzakirələrdə xüsusi vurğulanıb ki, dünya ictimaiyyətinə bu həqiqətlərin çatdırılması üçün Azərbaycan və türk duaspor təşkilatlarının, ziyalılarının birgə fəaliyyət göstərməsi vacibdir.
Tədbirlər çərçivəsində Q. Paşayevanın Kayseri valisi Mövlud Bilici ilə də görüşü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR