Bank Of Baku

Azərbaycan Milli Məclisi Xocalı soyqırımının ildönümü ilə bağlı xüsusi iclas keçirməyəcək

Azərbaycan Milli Məclisi Xocalı soyqırımının ildönümü ilə bağlı xüsusi iclas keçirməyəcək
# 21 fevral 2008 14:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisi Xocalı soyqırımının ildönümü ilə bağlı iclas keçirməyəcək. Bu barədə APA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. O, soyqırımın ildönümü ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu desə də, bu il ayrıca iclasın keçirilməyəcəyini bildirib. A. Nəsirov Milli Məclisin analitik-informasiya şöbəsində Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları və Xocalı soyqırımının dünyaya çatdırılması məqsədilə yaradılan sektorun mühüm işlər gördüyünü söyləyib. Sektor Xocalı soyqırımı ilə bağlı araşdırmalar aparır və toplanan materialların nəşr etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR