Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının növbədənkənar qurultayı keçiriləcək

Azərbaycan Kommunist Partiyasının növbədənkənar qurultayı keçiriləcək
# 21 fevral 2008 14:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. Fevralın 24-də Azərbaycan Kommunist Partiyasının (AKP) növbədənkənar XXXVIII (V) qurultayı keçiriləcək. Bu barədə APA-ya partiya sədrinin müavini Ələsgər Xəlilov məlumat verib. Ə. Xəlilov qurultayda Mərkəzi Komitəyə sədr seçkisinin keçiriləcəyini deyib. O, sədr vəzifəsinə özünün, həmçinin Seyidağa Muradovun və Hacı Hacıyevin namizədliklərinin irəli sürüldüyünü bildirib.
Qeyd edək ki, 2007-ci ilin sentyabrın 10-da Ramiz Əhmədovun vəfatından sonra Azərbaycan Kommunist Partiyasında parçalanma baş verib. Partiyanın bir qanadına Rauf Qurbanov, digərinə isə Rüstəm Şahsuvarov rəhbərlik edib. Sonradan R. Şahsuvarovun rəhbərlik etdiyi qurumda dəyişiklik baş verib. Yanvarın 26-da keçirilən büro iclasında R. Şahsuvarov vəzifəsindən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR