Bank Of Baku

Azərbaycan MSK-nın katibi: “Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində seçki məntəqələri yaratması beynəlxalq qanunlara ziddir”

Azərbaycan MSK-nın katibi: “Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində seçki məntəqələri yaratması beynəlxalq qanunlara ziddir”
# 21 fevral 2008 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Ermənistanda keçirilən prezident seçkiləri zamanı işğal olunmuş Dağlıq Qarabağ ərazisində seçki məntəqələrinin yaradılması, orada səsvermə təşkil edilməsi özbaşınalıq və qanunsuzluqdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ hazırda işğal altında olduğundan orada başqa dövlətin seçki məntəqələrinin yaradılması beynəlxalq qanunlara və Azərbaycan Konstitusiyasına ziddir: “Eyni zamanda həmin ərazi nəzarətsizdir, burada yaradılan qondarma qurum legitim deyil və orada aparılan istənilən hərəkət qanunsuzdur. Dünya birliyi bu məsələyə münasibət bildirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR