Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti BQXK-nın Bakı nümayəndəliyi qarşısında piket keçirilməsinə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti BQXK-nın Bakı nümayəndəliyi qarşısında piket keçirilməsinə icazə verməyib
# 21 fevral 2008 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bakı Şəhər İcra Hakimiyyəti “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatının Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin binası qarşısında fevralın 26-da keçirmək istədiyi piketinə icazə verməyib. Gənclər təşkilatının sədri Zərifə Bağırovanın APA-ya verdiyi məlumata görə, paytaxt meriyası cavab məktubunda quruma öz mövqeyini sivil qaydada bildirməsini məsləhət görüb: “Dünyanın bir çox tərəqqipərvər insanları kimi, Bakı şəhər İcra Hakimiyyəti də törədilən Xocalı faciəsini pisləyir. Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar piket keçirmək deyil, paytaxt sakinləri ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin və Şəhidlər Xiyabanının ziyarət edilməsini məqsədəuyğun hesab edir”.
Qeyd edək ki, “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı fevralın 20-də Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin binası qarşısında fevralın 26-da piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR