Bank Of Baku

Məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən kurslar fevralın sonunda başa çatacaq

Məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən kurslar fevralın sonunda başa çatacaq
# 21 fevral 2008 15:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən kurslar fevralın sonunda başa çatacaq. MSK katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda bölgələrdə məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar davam edir və bu tədbirlərin keçirilməsinə nəzarət etmək üçün MSK üzvləri bölgələrə ezam olunublar. N. Məmmədov fevralın əvvəlindən başlayan kursların əvvəlcədən müəyyən olunmuş proqram üzrə keçirildiyini qeyd edib. MSK katibi ötən seçkilərdə seçki komissiyalarının üzvlərinin bəzi səhvlərə yol verdiklərini xatırladıb və bu baxımdan kursların səmərəli olacağına ümid etdiyini deyib: “Ötən seçkilərin təcrübəsi göstərdi ki, bəzi komissiya üzvlərinin yol verdikləri xırda səhvlər belə ciddi narazılıq doğurur. Hesab edirəm ki, kurslarda iştirak edənlər növbəti seçkilərində hər hansı qanun pozuntularına yol verməyəcək və səhvləri aradan qaldıracaqlar. Biz payızda keçiriləcək prezident seçkilərində bunun şahidi olacağıq”. Qeyd edək ki, kurslarda ümumilikdə 25 minə qədər komissiya üzvü iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR