Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresi Dmitri Medvedyevin prezidentliyə namizədliyini dəstəkləyir

Ümumrusiya Azərbaycan Konqresi Dmitri Medvedyevin prezidentliyə namizədliyini dəstəkləyir
# 22 fevral 2008 08:14 (UTC +04:00)
APA-nın ÜAK-a istinadən verdiyi məlumata görə, 2007-ci il noyabrın 3-də ÜAK-la “Yedinaya Rusiya” arasında əməkdaşlıq barədə saziş imzalanıb. Həmin saziş çərçivəsində ÜAK partiya ilə birgə tədbirlərdə iştirak edir. D. Medvedyevə dəstək məqsədilə artıq Soçi, Çita, Ulan-Ude, Norilsk, Krasnoyarsk və Tolyattidə Azərbaycan diasporları ilə birgə toplantılar keçirilib. Regional bölmələrə tövsiyə olunub ki, “Seçkilər-2008” mövzusunda dəyirmi masalar keçirsin, D. Medvedyevin seçki proqramının tezislərini və ÜAK Mərkəzi Komitəsinin mövqeyini soydaşlarımıza çatdırsınlar.
Qeyd edək ki, ÜAK-ın Rusiyanın 73 subyektində regional bölmələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR