Bank Of Baku

Finlandiyanın dövlət katibi “dondurulmuş” münaqişələrin həllini başlıca prioritet saydıqlarını bildirib

Finlandiyanın dövlət katibi “dondurulmuş” münaqişələrin həllini başlıca prioritet saydıqlarını bildirib
# 22 fevral 2008 08:23 (UTC +04:00)
APA-nın ATƏT-in mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, T. Tilikaynen deyib ki, qurumda sədrliyi qəbul edən Finlandiya “dondurulmuş” Dağlıq Qarabağ, Cənubi Osetiya və Dnestryanı münaqişələrin həllini başlıca prioritetlərdən biri kimi gündəmə gətirib. O bildirib ki, təşkilat münaqişələrin qızışmasının qarşısının alınmasında və konflikt sonrası yenidənqurma işlərində ölkələrə kömək etməyə hazırdır. T. Tilikaynen ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanervanın ərazisində münaqişələr olan bütün ölkələrə səfər edəcəyini söyləyib. Dövlət katibi xatırladıb ki, İ. Kanerva münaqişələrin danışıqlar yolu ilə həlli prosesini sürətləndirmək məqsədilə diplomat Heyki Talvitieni özünün şəxsi nümayəndəsi təyin edib: “Bütün tərəflər ciddi danışıqlara cəlb edilməli və yaranan hər məqamdan istifadə olunmalıdır. Biz tərəflər arasında etimadın dərinləşməsini təşviq edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR