Bank Of Baku

Azərbaycan Ombudsmanı Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan Ombudsmanı Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib
# 22 fevral 2008 10:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında məlumat verən Ombudsman Elmira Süleymanova Xocalı soyqırımı zamanı yol verilən zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən genosid olduğunu bəyan edib. Ombudsman Aparatının istər Xocalı faciəsi, istərsə də ermənilərin xalqımıza qarşı törətdiyi digər vəhşiliklər barədə beynəlxalq aləmə daim məlumatlar, faktlar təqdim etdiyini bildirən E. Süleymanovanın sözlərinə görə, bəyanat BMT-nin Baş Katibinə, qurumun İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Azərbaycanın xarici ölkələrdə və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına göndərilib. Bəyanatda bildirilir ki, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət müharibələr tarixində bənzəri olmayan hadisələrdəndir: “Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid-Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Münaqişə başlanandan bu günədək itkin düşən 4354 Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov kimi Ermənistanda və işğal edilən ərazilərdə saxlanılması barədə əsaslı məlumatlar var”.
Bəyanatda o da qeyd olunub ki, Ermənistan tərəfi və separatçı Dağlıq Qarabağ rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, bu şəxsləri hələ də beynəlxalq təşkilatlardan gizlədir: “Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnən Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR