Bank Of Baku

GUAM+Polşa görüşündə birgə kommunike imzalanıb

GUAM+Polşa görüşündə birgə kommunike imzalanıb
# 22 fevral 2008 10:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dünən Varşavada keçirilən GUAM+Polşa görüşündə birgə kommunike imzalanıb. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Azərbaycandan Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayevin iştirak etdiyi görüşdə Polşa ilə GUAM arasında siyasi-iqtisadi münasibətlər, GUAM ölkələrində iqtisadi inkişaf, Avropa Qonşuluq Siyasəti çərçivəsində GUAM-la Avropa Birliyi arasında əməkdaşlıq, AB-yə inteqrasiya məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR