Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri: “Türkiyə parlamenti belə “PKK-nın terror təşkilatı kimi tanınması haqqında” qanun qəbul etməyib”

Azərbaycan Milli Məclisinin sədri: “Türkiyə parlamenti belə “PKK-nın terror təşkilatı kimi tanınması haqqında” qanun qəbul etməyib”
# 22 fevral 2008 10:38 (UTC +04:00)
APA-nın məlumatına görə, deputat dünyanın 30-dan artıq ölkəsində qondarma “erməni soyqırımı” haqqında qanunun qəbul edildiyini xatırladıb. P. Hüseyn Milli Məclisə “Xocalı soyqırımı haqqında” qanun layihəsi təqdim etdiyini deyib və bu sənədə baxılmasını istəyib. Deputat, həmçinin Azərbaycan parlamentində “PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında” qanunun qəbul olunmasının vacibliyini diqqətə çatdırıb. O, erməni işğalı altında olan Azərbaycan torpaqlarında PKK terror təşkilatına mənsub insanların yerləşdirildiyini də vurğulayıb: “Bununla bağlı Azərbaycan Türkiyəyə müraciət edərək hərbi kömək istəməlidir”. Parlamentin spikeri Oqtay Əsədov isə P. Hüseynin səsləndirdiyi fikirlərə cavabında PKK məsələsinin həddindən artıq reklam edildiyini deyib. Spiker Türkiyə Böyük Millət Məclisinin özünün belə “PKK-nın terror təşkilatı kimi tanınması haqqında” qanun qəbul etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR