Bank Of Baku

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının toplantısı keçirilib

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının toplantısı keçirilib
# 22 fevral 2008 10:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) Sədrlər Şurasının toplantısı keçirilib. Təkamül Partiyasının sədri Teyyub Qəninin APA-ya verdiyi məlumata görə, toplantıda DSM-in əsasnaməsi qəbul olunub. 6 bölmədən ibarət sənəddə qurumun fəaliyyət istiqamətləri və statusu müəyyənləşib. Əsasnamədə DSM-in ölkədə demokratik seçki tərəfdarı olan və yönümündən asılı olmayan partiyaların təmsil olunduğu məşvərət məclisi olduğu qeyd edilib. Yığıncaqda DSM-də təmsil olunan partiyaların iştirakı ilə fevralın 25-də Qarabağ Forumunun keçirilməsi barədə də qərar qəbul edilib. Qeyd edək ki, DSM-də 9 partiya Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR