Bank Of Baku

Sərdar Cəlaloğlu: “Necə olur ki, bizimlə bir yerdə olanda iqtidarla dialoqun alovlu tərəfdarları kimi çıxış edirdilər, amma sonra bunu xəyanət adlandırdılar?”

Sərdar Cəlaloğlu: “Necə olur ki, bizimlə bir yerdə olanda iqtidarla dialoqun alovlu tərəfdarları kimi çıxış edirdilər, amma sonra bunu xəyanət adlandırdılar?”
# 22 fevral 2008 11:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Yaqub Abbasovun ADP ilə bağlı söylədiyi fikirlər ictimai fikrə təsir edə bilməz. Mən həmişə ciddi partiyaların, ciddi şəxslərin fikirlərinə münasibət bildirirəm. Yaqub Abbasovun bu cür qeyri-ciddi fikirlərinə münasibət bildirmək istəmirəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədrinin sözlərinə görə, bir sıra şəxslər mətbuatda çıxış etməklə, başqasına cırmaq atmaqla siyasi gündəmdə qalmağa çalışır. O, ADP-nin siyasi oriyentasiyasının konkret olduğunu, Y. Abbasovun yanlışlığa yol verdiyini qeyd edib: “Necə olur ki, bizimlə bir yerdə olanda iqtidarla dialoqun alovlu tərəfdarları kimi çıxış edirdilər, amma sonra bunu xəyanət adlandırdılar? Daha sonra isə başqa bir qrup yaratdılar və yenidən eyni məzmunlu bəyanatla çıxış etməyə başladılar ki, ACP olaraq dialoqa hazırdırlar. Yəni özləri çaşqınlıq içindədirlər və bu çaşqınlıqdan çıxmaq, ciddi siyasətlə məşğul olmaq əvəzinə bu cür qeyri-ciddi fikirlər bildirirlər. Onların fikri heç nəyə təsir etmir. Çünki siyasətdə gərək o qədər əziyyət çəkəsən ki, sözünün çəkisi olsun və sonra bu çəki ilə siyasətdə hərəkət edəsən. Hər yerindən duranın sözü ictimai fikrə təsir göstərmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR