Bank Of Baku

Aqil Səmədbəyli: “Bütöv Azərbaycan Birliyi şimalda missiyasını başa vurub”

Aqil Səmədbəyli: “Bütöv Azərbaycan Birliyi şimalda missiyasını başa vurub”
# 22 fevral 2008 12:21 (UTC +04:00)
Bakı. Ülkər Əliyeva-APA. “Bütöv Azərbaycan Birliyi Azərbaycan Respublikasında missiyasını başa çatdırıb və hazırda fəaliyyətini Güney Azərbaycanda davam etdirir”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Birliyinin (BAB) Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli qurumun son vaxtlardakı fəaliyyətsizliyinə aydınlıq gətirərkən bildirib. A. Səmədbəylinin sözlərinə görə, təşkilat bütöv Azərbaycan ideyasının bütövlükdə millətə hakim kəsilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır: “Əvvəl Güneyin azadlığı məsələsində həm Azərbaycanın bütövlüyü, həm federal, həm də başqa muxtariyyət ideyalarının tərəfdarları arasında ciddi fikir ayrılığı vardısa, artıq belə deyil. Təbii ki, bu, Bütöv Azərbaycan Birliyinin lideri Əbülfət Elçibəyin birbaşa xidmətinin nəticəsidir. İndi əsas iş azadlıq və bütövlük istiqamətində aparılır. Təşkilat fəaliyyətini davam etdirir. Sadəcə, elə mərhələ var ki, aktiv, elə mərhələ var ki, bir qədər sakit olmaq lazım gəlir”. MŞ sədri BAB-ın xeyli müddətdir, qərargahından çıxarıldığını, bunun da qurumun fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR