Bank Of Baku

Ukraynada yaşayan azərbaycanlılar Ermənistanın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Ukraynada yaşayan azərbaycanlılar Ermənistanın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
# 26 fevral 2008 14:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı etiraz aksiyası keçirilib. Aksiyanın təşkilatçısı olan Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov APA-ya açıqlamasında bildirib ki, yerli vaxtla saat 12-də baş tutan piketdə 250-dən çox soydaşımız iştirak edib: “Təkcə Kiyevdə yox, digər regionlarda yaşayan soydaşlarımız da aksiyaya qatılmışdılar. Ermənistan səfirliyi bu gün işləmədiyinə görə, aksiyanın qətnaməsini onlara təqdim edə bilmədik. Amma biz qətnaməni Xarici İşlər Nazirliyi vasitəsi ilə səfirliyə göndərəcəyik”. UAK sədri deyib ki, qətnamədə Xocalı soyqırımına qiymət verilməsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması və s. tələblər öz əksini tapıb. Daha sonra iştirakçılar ATƏT-in Ukraynadakı səfirliyinin qarşısında aksiya keçiriblər. İştirakçıların hazırladığı qətnamə nümayəndəlik tərəfindən qəbul olunub. Soydaşlarımız ATƏT-dən işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR