Bank Of Baku

Türkiyə parlamentində Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımına həsr olunmuş dinləmələr keçirilib

Türkiyə parlamentində Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımına həsr olunmuş dinləmələr keçirilib
# 26 fevral 2008 16:15 (UTC +04:00)
Türkiyə Böyük Mİllət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Mustafa Kabakçı ermənilərin Xocalıda törədilən vəhşiliklər barədə geniş məlumat verib. Daha sonra millət vəkilləri çıxış edərək, ermənilərin Xocalıda törətdiyi soyqırımı pislədiklərini bildiriblər. TBMM üzvləri Xocalı soyqırımını törədənlərin cəzalandırılmalı olduqlarını deyərək, faciənin bütün dünyaya çatdırılması üçün işlərin gücləndirilməsinin, Türkiyənin bu yöndə səylərini artırmasının vacibliyini vurğulayıblar. Müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva da iştirak edib. APA-nın məlumatına görə, bu gün parlamentdə hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Milliyyətçi Hərəkat Partiyası və Cümhuriyyət Xalq Partiyasının qrup toplantılarında da Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılıb. MHP başqanı Dövlət Baxçalı və CHP başqanı Dəniz Baykal qrup toplantılarında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı pisləyiblər. Qeyd edək ki, bu gün Türkiyənin TRT, “Kanal-A”, TGRT telekanallarında, “Türkiyənin səsi” radiosunda Xocalı soyqırımı, Ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərlə bağlı proqramlar, çıxışlar yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR