ABŞ Konqresinin üzvləri Xocalı soyqırımının ildönümü ilə bağlı spiker Nensi Pellosiyə müraciət ediblər
Konqresmen bəyanatında qeyd edib ki, ermənilərin Xocalıda həyata keçirdiyi soyqırımı faktı ilk qeydə alınan fakt deyil: “Bu hadisə Dağlıq Qarabağ uğrunda gedən müharibədə separatçılar tərəfindən bütün bölgədə tətbiq edilən eyni vəhşiliyin bir epizodudur”. ABŞ Konqresinin Azərbaycanla bağlı İşçi Qrupunun həmsədri Salomon Ortiz bildirib ki, Xocalı soyqırımına görə indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb və Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Cənab Ortiz bu il yanvarın 21-də xarici işlər naziri Elmar Məmmədyarovun “Wall Street Journal”da dərc etdiyi məqalədən sitat gətirərək, Azərbaycanın münaqişədəki status-kvo vəziyyətindən razı olmadığını yazıb: “Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində maraqlı olduğunu və münaqişə həll olunduğu təqdirdə bunun təkcə Azərbaycan-Ermənistan yox, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir edəcəyini, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığa ciddi töhfə verəcəyini bildirib”.
ABŞ Konqresinin Azərbaycanla bağlı İşçi Qrupunun üzvü Virginia Fox isə spiker Pellosiyə yolladığı bəyanatda yazıb ki, ABŞ Konqresində Ruanda, Kamboca, Bosniya, Darfur və sair yerlərdə törədilən soyqırımı faktlarına ciddi diqqət yetirildiyi halda, 1992-ci ildə Xocalıda baş verən hadisəyə qiymət verilməyib. Konqresmen 16 il əvvəldən başlayaraq Xocalı sözünün azərbaycanlılar üçün faciə, ağrı və kədər simvoluna çevrildiyini qeyd edib. Xanım Fox Ermənistanla Azərbaycan arasında müharibə zamanı erməni dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda 613 günahsız insanı qətlə yetirdiyini, minə yaxın insanı əlil etdiyini, 1275 nəfəri girov götürdüyünü və 150 nəfərin isə itkin saldığını bildirib. Konqresmen əvvəlki illərdə olduğu kimi, bu il də Xocalı sakinlərinin törədilmiş cinayətə görə ermənilərin məsuliyyətə cəlb edilməsini tələb etdiklərini vurğulayıb. Bəyanatının ikinci hissəsində xanım Fox “Human Right Watch” təşkilatının Xocalı soyqırımını “müharibədə qeydə alınmış ən böyük soyqırımı” adlandırdığını, burada qadınlara, uşaqlara və yaşlıları verilən işgəncələrin misilsiz olması barədə məlumatların faktlarla sübut edildiyini vurğulayıb. O, Rusiyanın insan haqlarını müdafiə edən “Memorial” təşkilatının hazırladığı hesabatda Ağdam xəstəxanalarına gətirilən Xocalı sakinlərinin dərilərinin soyulduğu və onlardan birinin başının kəsildiyi barədə məlumatların yer aldığını nəzərə çatdırıb. Bundan başqa, konqresmen “İndependent”, “Time”, Reuters, Newsweek, Avstraliyanın The Age və sair kütləvi informasiya vasitələrində Xocalı soyqırımı haqqında məqalələrin dərc edildiyini diqqətə çatdırıb: “Mən Konqresin bütün üzvlərini bu faciənin anılması üçün azərbaycanlılara qoşulmağa çağırıram. Dünya Xocalıda baş verənləri bilməli və yadda saxlamalıdır”.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür