Bank Of Baku

Azərbaycan jurnalistlərinin Almaniyada qonaq-redaktor vəzifəsində çalışması üçün təqaüd proqramı həyata keçiriləcək

Azərbaycan jurnalistlərinin Almaniyada qonaq-redaktor vəzifəsində çalışması üçün təqaüd proqramı həyata keçiriləcək
# 27 fevral 2008 08:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan jurnalistləri Almaniyada media şirkətlərinin birində qonaq-redaktor vəzifəsində çalışmaq imkanı əldə edə bilər. Almaniyanın ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, bu, Beynəlxalq Jurnalistlər Proqramına (IYP) əsasən “Qrefin Dönhoff” təqaüdü almaqla həyata keçiriləcək. Təqaüd sentyabrın 25-də Berlində dördgünlük giriş kursu ilə başlayır. Təqaüdü qazanan şəxs səkkiz həftə ərzində Almaniya media orqanlarının birində iş təcrübəsi keçəcək. Təqaüdçülər 3.400 avro məbləğində birdəfəlik pul vəsaiti alacaqlar. Həmin təqaüdü almaq istəyən şəxs alman dilini çox yaxşı bilməli, yaşı 23-35 arasında olmalı, nəşriyyatda, televiziya və radioda iş stajına malik olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR