Bank Of Baku

Bu gün Azərbaycana səfərə gələn ATƏT sədri qurumun Bakı Ofisinin yeni binasının açılış mərasimində iştirak edəcək

Bu gün Azərbaycana səfərə gələn ATƏT sədri qurumun Bakı Ofisinin yeni binasının açılış mərasimində iştirak edəcək
# 27 fevral 2008 08:53 (UTC +04:00)
ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində ATƏT sədri Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Nizami Bəhmənovla görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda demokratiyanın inkişafı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. İlkka Kanerva ATƏT-in Bakı Ofisinin yeni binasının açılışında iştirak edəcək, səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək. Finlandiya xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir. Qeyd edək ki, İlkka Kanerva Bakıya Cənubi Qafqaza turnesi çərçivəsində gələcək. Fevralın 25-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR