Bank Of Baku

Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayı apreldə keçiriləcək

Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayı apreldə keçiriləcək
# 27 fevral 2008 11:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar qurultayını apreldə keçirməyi planlaşdırır. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, hazırda partiyada qurultaya hazırlıq işləri gedir. Qurultayın dəqiq vaxtı isə Siyasi Şuranın bu günlərdə keçiriləcək iclasında müəyyənləşəcək. Ə. Orucov bildirib ki, ali toplantının keçirilməsi üçün rayon təşkilatlarında konfransların keçirilməsinə və qurultay nümayəndələrinin müəyyənləşməsinə ehtiyac yoxdur: “Partiyanın Nizamnaməsinə görə qurultay nümayəndələri 5 il müddətinə seçilir, bu, növbədənkənar qurultay olduğu üçün 2006-cı ildə seçilmiş qurultay nümayəndələri hazırda səlahiyyətlidirlər”. Ə. Orucov qurultayda 400-dən çox nümayəndəni olacağını bildirib. Partiyaya kənardan sədrin gətiriləcəyi ilə bağlı səslənən ehtimallara gəldikdə, Ə. Orucov partiyada belə müzakirənin aparılmadığını və bunun yalnız bir halda mümkün olacağını deyib: “Mətbuatda bəzi şəxslərin bu iddiada olması ilə bağlı məlumatlar yayılır. Əgər partiyadan kənarda kimlərinsə belə bir iddiası varsa, onlar əvvəlcə AMİP-ə üzv olmalı, bundan sonra namizədliklərini irəli sürməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR