Bank Of Baku

“Azadlıq” bloku kütləvi aksiya keçirmək üçün müzakirələrə başlayıb

“Azadlıq” bloku kütləvi aksiya keçirmək üçün müzakirələrə başlayıb
# 27 fevral 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” bloku seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması tələbi ilə kütləvi aksiya keçirmək üçün müzakirələrə başlayıb. Bu barədə APA-ya AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, məsələ blokun üzvü olan partiyaların rayon təşkilatlarında da müzakirə ediləcək və sonra konkret qərar qəbul olunacaq. Q. Əlibəyli bildirib ki, aksiyalarda digər partiyaların da iştirakı məqsədəuyğundur: “Seçki Məcəlləsi ilə bağlı dörd partiya vahid mövqedən çıxış edib və birgə təkliflər irəli sürüb. Hazırda müzakirələr blok daxilində olsa da, partiyalar arasında da məsləhətləşmələr aparılacaq”. Aksiyanın keçiriləcəyi məkana gəldikdə isə Q. Əlibəyli əvvəlki kimi, yenə də mitinqlərin şəhərin mərkəzi meydanlarında keçirilməsinə üstünlük verdiklərini söyləyib: “Amma gələcəkdə başqa məqbul variant olsa, bunu qəbul edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR