Bank Of Baku

Həsrət Rüstəmov: “Prezident seçkilərində müxalifətin vahid namizədini müəyyənləşdirmək artıq gecdir”

Həsrət Rüstəmov: “Prezident seçkilərində müxalifətin vahid namizədini müəyyənləşdirmək artıq gecdir”
# 27 fevral 2008 14:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezident seçkilərində müxalifətin vahid namizədini müəyyənləşdirmək artıq gecdir. Əgər müxalifət daxilində belə müzakirə başlayarsa, biz bu prosesə qatılmayacağıq və buna vaxt sərf etməyi də yersiz sayırıq”. Bu açıqlamanı APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov deyib. Onun sözlərinə görə, seçkilərə çox az vaxt qalır və iştirak etmək fikrində olan partiyalar yalnız namizədlərin kampaniyasının hazırlanması ilə məşğuldur. “ADP üçün əsas məsələ vahid namizəd yox, seçkilərin iki turda keçirilməsinə nail olmaqdır. Biz müxalifətin vahid namizədi üçün müəyyən addımlar atdıq və nəticəsi olmadı. Hesab edirik ki, ikiturlu seçki vahid namizəd ideyasından daha faydalı ola bilər. Çünki bu zaman müxalifətin birinci şəxsi açıq şəkildə bilinəcək və ikinci tura çıxacaq. İkinci tura keçmiş müxalifət təmsilçisinin digər namizədlər tərəfindən dəstəkləməsi xüsusi bir iş tələb etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR