Bank Of Baku

Qüdrət Həsənquliyev: “Kosovodan sülhməramlı qüvvələrimizin çıxarılması Azərbaycanın milli maraqlarına cavab verən bir qərardır”

Qüdrət Həsənquliyev: “Kosovodan sülhməramlı qüvvələrimizin çıxarılması Azərbaycanın milli maraqlarına cavab verən bir qərardır”
# 27 fevral 2008 15:21 (UTC +04:00)
Millət vəkili bu addımı Azərbaycan tərəfdən atılacaq doğru addım kimi qiymətləndirdiyini deyib. Qüdrət Həsənquliyev Kosovodan sülhməramlı qüvvələrimizin çıxarılmasının Azərbaycanın milli maraqlarına cavab verən bir qərar olduğunu, rəsmi Bakının haqlı olaraq Kosovonın dövlət müstəqilliyini tanımadığını söyləyib: “Bu, həm də o baxımdan önəmlidir ki, Azərbaycanın özünün Dağlıq Qarabağ kimi problemi var. Azərbaycanın böyük qonşusu, həm də Dağlıq Qarabağ probleminin arxasında dayanan bir ölkə kimi Rusiyanın da mövqeyini nəzərə alanda, bu məsələdə çox doğru-düzgün addım atdığımızı demək olar”. Qüdrət Həsənquliyev müxalifət qüvvələrini belə bir ümummilli məsələdə birləşməyə və hansısa xarici qüvvələrə xoş gəlmək üçün fərqli mövqe ortaya qoymamağa çağırıb: “Bəzi məsələlərdə müxalifət də iqtidar kimi davranmamalıdır. Bir çox hallarda müxalifətik deyə qaldırdığımız məsələləri iqtidar qəbul eləmir. İndi müxalifət də eyni qayda ilə çıxış etməməlidir. Bəzi qüvvələr belə hesab edir ki, müxalifətçilik elə hakimiyyətin dediklərinin əksini deməkdir. Müxalifət iqtidarın hərəkətinə nəzarət etməlidir. Yalnız yanlışlıqlar olduqda buna etiraz etməlidir. Milli maraqlara cavab verən məsələlərdə isə müxalifət iqtidarı dəstəkləməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR