Bank Of Baku

ATƏT sədrinin iştirakı ilə qurumun Azərbaycan paytaxtındakı ofisinin yeni binasının açılışı olub

ATƏT sədrinin iştirakı ilə qurumun Azərbaycan paytaxtındakı ofisinin yeni binasının açılışı olub
# 28 fevral 2008 08:17 (UTC +04:00)
“Böyük şair və mütəfəkkir, xalqlar arasında dostluğun tərəfdarı olan Nizaminin ruhu ofisdə çalışan əməkdaşlara da kömək olacaq”. ATƏT rəhbəri 8 ildir, Azərbaycanda fəaliyyət göstərən ofisin ölkənin demokratiya yolunda inkişaf etməsində böyük rol oynadığını bildirib. “İnanırıq ki, yeni ofis daha müasir iş məkanı olacaq və Azərbaycan üçün daha faydalı işlər görə biləcək” deyən İ. Kanerva ofisin həm də yaxşı bir görüş yerinə çevriləcəyinə ümid etdiyini bildirib.
Mərasimdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə ATƏT sədrinin Cənubi Qafqaza səfərinin çox ciddi hadisələrin baş verdiyi vaxta təsadüf etdiyini vurğulayıb. Nazir müavini Finlandiyanın təşkilata sədrliyindən böyük gözləntilərin olduğunu deyib: “İnanırıq ki, bu səfər sədrlikdən səmərəli istifadə etmək üçün yararlı olacaq. Azərbaycanın ATƏT və onun fəaliyyəti ilə bağlı böyük gözləntiləri var. Ən böyük əhəmiyyət kəsb edən məsələ isə Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan ATƏT-in Minsk qrupunda Finlandiyanın həmsədrliyini yaxşı xatırlayır və ümid edir ki, ATƏT-ə sədrlik dövrində nəticələr əldə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR