Bank Of Baku

Araz Əzimov: “Kosovoda vəziyyət dəyişdiyi üçün Azərbaycanın mövqeyinə yenidən baxması məntiqlidir”

Araz Əzimov: “Kosovoda vəziyyət dəyişdiyi üçün Azərbaycanın mövqeyinə yenidən baxması məntiqlidir”
# 28 fevral 2008 08:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Azərbaycanın öz sülhməramlılarını Kosovodan çıxarmağa hazırlaşmasına münasibət bildirən A. Əzimov rəsmi Bakının bütün mövqeləri, elementləri, maraqları ölçüb-biçdikdən sonra qərar qəbul edəcəyini söyləyib: “Azərbaycan heç də NATO ilə əlaqələrinin səviyyəsini aşağı salmır və qarşılıqlı münasibətləri eyni ruhda, eyni əsaslarda davam etdirmək niyyətindədir. Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayı bu yaxınlarda iki dəfə artırılıb. Hazırda digər sahələrdə də mümkün yardımların edilməsi nəzərdən keçirilir”. A. Əzimov Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR