Bank Of Baku

“Vətəndaşların siyasi hüquqları və siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələləri” mövzusunda tədbir keçirilib

“Vətəndaşların siyasi hüquqları və siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələləri” mövzusunda tədbir keçirilib
# 28 fevral 2008 10:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Avrasiya Hüquqşünaslar Assosiasiyası (AHA), ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) ilə birgə “Vətəndaşların siyasi hüquqları və siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələləri” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlunun hazırladığı “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. ABŞ-ın BRİ-nun Azərbaycan üzrə direktoru Cek Cons siyasi partiyaların cəmiyyətdə yeri və rolu barədə danışıb. O, Azərbaycanda 14 partiya ilə müəyyən layihələr çərçivəsində əməkdaşlıq etdiklərini də deyib. F. Qəzənfəroğlu isə bildirib ki, hazırladığı qanun layihəsi 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərdən ibarətdir. O, qanun layihəsində partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, qeydiyyatı və seçkidə iştirakı ilə bağlı məqamlara xüsusi diqqət verildiyini söyləyib: “Layihədə partiyalar qeydiyyata alınarkən üzvlərinin sayının min yox, üç min olması məqsədəuyğun hesab edilib. Bundan başqa, seçkidə iki dəfə iştirak etməyən və ölkə Konstitusiyasının əsas müddəalarını pozan partiyanın qeydiyyatının Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilməsi əksini tapıb”. Tədbir siyasi partiya nümayəndələrinin müzakirələri ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR