Bank Of Baku

Gürcüstan azərbaycanlılarının ictimai təşkilatlarının nümayəndələri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüblər

Gürcüstan azərbaycanlılarının ictimai təşkilatlarının nümayəndələri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüblər
# 28 fevral 2008 10:26 (UTC +04:00)
Tiflis APA. Gürcüstan azərbaycanlılarının ictimai təşkilatlarının nümayəndələri Gürcüstan parlamentinin İnsan hüquqları və cəmiyyətə inteqrasiya komitəsinin sədri Yelena Tevdoradze ile görüşüblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə azərbaycanlıların cəmiyyətə inteqrasiyası və gürcü dilinin öyrənilməsi problemi müzakirə olunub. Təşkilat nümayəndələri azərbaycanlıların bir sıra digər problemlərini də komitə sədrinin nəzərinə çatdırıblar. Görüşdə bu yaxınlarda həbs olunmuş Bolnisi rayonunun Arıxlı kənd sakini Musa Tanrıverdiyevin azadlığa buraxılması məsələsinə də toxunulub. Y. Tevdoradze bu məsələ ilə yaxından maraqlanacağını vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR