Bank Of Baku

NATO PA-nın Azərbaycanda keçiriləcək 68-ci “Rouz Rout” seminarı, əsasən “Xəzər regionunda təhlükəsizlik” məsələlərinə həsr olunacaq

NATO PA-nın Azərbaycanda keçiriləcək 68-ci “Rouz Rout” seminarı, əsasən “Xəzər regionunda təhlükəsizlik” məsələlərinə həsr olunacaq
# 28 fevral 2008 10:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda martın 6-da NATO Parlament Assambleyasının (PA) 68-ci “Rouz Rout” seminarı başlayacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. Mətbuat xidmətinin rəhbəri, əsasən “Xəzər regionunda təhlükəsizlik” mövzusunda keçiriləcək seminarın üç gün davam edəcəyini bildirib. Onun sözlərinə görə, seminar öz işini ayrı-ayrı sessiyalarda davam etdirəcək. A. Nəsirov seminarda, həmçinin Mərkəzi Asiyada təhlükəsizlik, enerji təhlükəsizliyi, hərbi siyasi vəziyyət, Qərblə Mərkəzi Asiya arasında münasibətlər, demokratiyanın inkişafı və insan hüquqları məsələlərinin müzakirə olunacağını deyib.
Tədbirdə NATO PA prezidenti Joze Leno, NATO ilə əməkdaşlıq edən 25-dən artıq ölkənin təmsilçiləri və bir sıra beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR