Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçici siyahılarının yenidən tərtib olunması ilə bağlı mətbuat konfransı keçirib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçici siyahılarının yenidən tərtib olunması ilə bağlı mətbuat konfransı keçirib
# 28 fevral 2008 11:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki komissiyalarının üzvləri üçün təşkil edilən kursların yekunu və seçici siyahılarının yenidən tərtib olunması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Pənahov ötən ildən start götürmüş komissiya üzvləri üçün keçirilən kursların fevralın 29-da tam başa çatacağını deyib. Onun sözlərinə görə, proses müddətində 26 minə yaxın komissiya üzvü bu kurslarda iştirak edib, onlara müvafiq sertifikatlar təqdim olunub. Kurslarda iştirak edənlərə seçki prosesinə hazırlıq, seçkilərin şəffaflığı, namizədlərin irəli sürülməsi, səslərin sayılması, müşahidəçilərin seçkilərdə iştirakı və digər məsələlər izah olunub. MSK sədri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu ilin yanvarından seçici siyahılarının yenidən tərtib olunması prosesinin başlandığını deyib. O, ötən illərdən fərqli olaraq, bu il MSK-da 115 nömrəli “qaynar xətt” və telekanallarda reklam çarxlarının nümayiş edildiyini bildirib. M. Pənahovun sözlərinə görə, indiyədək “qaynar xətt”ə 110 müraciət daxil olub ki, onların da əksəriyyəti həllini tapıb. Siyahılarda qeyri-dəqiqliklərin olması ilə bağlı iddialara gəldikdə, MSK sədri bunun doğru olmadığını bildirib: “Azərbaycanda seçici siyahılarında olan qeyri-dəqiqliklər beynəlxalq praktikada qəbul olunmuş həddən çox aşağıdır. Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Bizdəki seçici siyahılarının dəqiqliyi hətta bütün Avropa ölkələrinin seçici siyahılarından dəqiqdir. Bəzi ölkələrdə siyahıların tərtibinə görə seçki komissiyaları məsuliyyət daşımır, bu məsələ birbaşa vətəndaşın üzərinə qoyulur. Vətəndaşlar seçki məntəqələrinə gedib adlarını siyahıya salmalıdırlar”. MSK sədri siyahıların tərtib olunması ilə bağlı idarə və müəssisə rəhbərlərinə, ölkə ziyalılarına müraciət edib: “Hamının iş yerində seçicilərin siyahılara düşməsi üçün çalışmasını, təbliğat aparmasını arzu edirik” . Erməni əsilli Azərbaycan vətəndaşlarının seçici siyahısına salınması ilə bağlı işlərin davam etdiyini də bildirən M. Pənahov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə bu məsələyə xüsusi diqqət yetirdiklərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR