Bank Of Baku

NATO Parlament Assambleyasının prezidenti martın 4-də Azərbaycana gələcək

NATO Parlament Assambleyasının prezidenti martın 4-də Azərbaycana gələcək
# 28 fevral 2008 11:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. NATO Parlament Assambleyasının (PA) prezidenti Joze Leno martın 4-də Azərbaycana gələcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun APA-ya verdiyi məlumata görə, səfər zamanı qonaq NATO PA-nın Bakıda keçiriləcək 68-ci “Rouz Rout” seminarına qatılacaq, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvləri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri, eləcə də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Mətbuat xidmətinin rəhbəri NATO PA-nın prezidentinin Milli Məclisin spikeri Oqtay Əsədovla da görüşəcəyini bildirib. Onun sözlərinə görə, görüşdə Azərbaycanla NATO PA arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR