Bank Of Baku

Məzahir Pənahov: “Bəzi beynəlxalq qurumlar 37-ci ilin üsullarını tətbiq etmək istəyir”

Məzahir Pənahov: “Bəzi beynəlxalq qurumlar 37-ci ilin üsullarını tətbiq etmək istəyir”
# 28 fevral 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Ötən parlament seçkilərində qanun pozuntularına yol vermiş komissiya üzvlərinə qarşı ciddi cəza tədbirləri görülüb. Onların bəziləri işdən çıxarılıb, bəziləri cərimə olunub, bəziləri isə həbs cəzası çəkiblər”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qanun pozuntusuna yol vermiş komissiya üzvləri üçün cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi məsələlərdə beynəlxalq praktikadan danışılır, bəzi məsələlərdən danışanda isə heç kim beynəlxalq praktikanı xatırlamır: “Dünyanın heç yerində seçkilərdən sonra komissiya üzvlərinə qarşı sərt ölçü götürülməyib. Mən hesab edirəm ki, cəza adekvat olmalıdır və biz də adekvat cəza veririk. Bəziləri işdən çıxarılır, bəziləri cərimə olunur. Müəyyən müddətə həbs edilənlər də olub. Bəzi beynəlxalq qurumlar seçkilərlə bağlı 37-ci ilin üsullarını tətbiq etmək istəyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR