Bank Of Baku

Azərbaycandakı iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyində dəyişiklik baş verib

Azərbaycandakı iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyində dəyişiklik baş verib
# 28 fevral 2008 12:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. İqtidaryönlü partiyaların Məşvərət Məclisinə sədrlik rotasiya qaydasında bu gündən Yeni Azərbaycan Partiyasına (YAP) keçib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib. İclasda həmçinin Məşvərət Məclisinin ötən dövr ərzindəki fəaliyyəti və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qurumda YAP-dan başqa, Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və “Azərbaycan Naminə” Alyans partiyaları təmsil olunur. 2003-cü ildən Məşvərət Məclisinə DADP sədri Məmməd Əlizadə rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR