Bank Of Baku

“Azadlıq” bloku kütləvi aksiyalar nəticəsində seçki komissiyalarının tərkibində dəyişiklik ediləcəyini düşünür

“Azadlıq” bloku kütləvi aksiyalar nəticəsində seçki komissiyalarının tərkibində dəyişiklik ediləcəyini düşünür
# 28 fevral 2008 13:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azadlıq” bloku yaxın vaxtlarda keçirəcəyi kütləvi aksiyalar nəticəsində seçki komissiyalarının tərkibində dəyişiklik ediləcəyini düşünür. APA-nın məlumatına görə, blokun üzvü olan Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət hesab edir ki, bu sahədə demokratik islahatlar aparılmalıdır. Hazırda mitinqlərin vaxtı və yeri ilə bağlı blok daxilində müzakirələrin aparıldığını deyən Lalə Şövkət bununla əlaqədar hələlik digər partiyalarla danışıqların nəzərdə tutulmadığını söyləyib: “Ona görə düşünürəm ki, blok aksiyaları özü keçirəcək. Biz hələlik blokda müzakirə aparırıq, qərar olandan sonra digər planları da açıqlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR