Bank Of Baku

Ermənilərin Azərbaycanda törətdiyi Sumqayıt hadisələrindən 20 il ötür

Ermənilərin Azərbaycanda törətdiyi Sumqayıt hadisələrindən 20 il ötür
# 28 fevral 2008 13:28 (UTC +04:00)
Ermənilər hər nə qədər Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyini söyləsələr də, faktlar bunun əksini göstərir. Sumqayıt hadisələrinin təməli fevralın 13-də-Xankəndində erməni separatçılarının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə başladığı mitinqlərlə qoyulub. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilib. Fevralın 22-də Dağlıq Qarabağın azərbaycanlı əhalisinin Əsgəran şəhərinə keçirdiyi dinc yürüş erməni silahlıları tərəfindən gülləbaran edilib, nəticədə 2 azərbaycanlı gənc öldürülüb, 19 nəfər yaralanıb.
Sumqayıt hadisələrinin ermənilər tərəfindən əvvəlcədən məqsədyönlü şəkildə hazırlanıb həyata keçirildiyini faktlar da təsdiqləyir. Bu sıraya, ilk növbədə talanlara erməni mənşəli Eduard Qriqoryanın rəhbərlik etməsini aid etmək olar. Bunu hadisələr zamanı zərər çəkmiş ermənilərin ifadələri də təsdiqləyir. Məsələn, L. Meclumyan adlı şəxs həmin hadisələri belə xatırlayır: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayağı ilə anama zərbələr endirdi. Mən bir neçə dəfə ona müqavimət göstərməyə cəhd etsəm də, qadın olduğuma görə gücüm çatmadı. O, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrin şahidi olmuş Nəcəfov soyadlı azərbaycanlı gənc isə bildirib ki, “Erməni Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu. Dərhal onu lüt soyundurdular və Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi. Sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. Bu faktlar bir daha erməni eybəcərliyini, soydaşlarının qanı bahasına olsa belə, öz niyyətlərinə çatmaq cəhdlərini nümayiş etdirir.
Bu qırğınların rəsmi Moskva və Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu SSRİ KQB-sinin o vaxtkı rəhbəri N. Kryuçkov da sonralar etiraf etmişdi. Talanların faktiki ideoloqu və rəhbəri erməni Eduard Qriqoryanın 12 il həbs cəzasına məhkum edilərək sonradan azadlığa buraxılması, Qarabağda və Ermənistanda yaşayan soydaşlarının başına gətirilən faciələrin təsiri altında hadisələrdə emosional şəkildə iştirak etmiş azərbaycanlı Əhməd Əhmədovun isə güllələnmə cəzasına məhkum edilməsi, Sumqayıt sakinlərini şəhərdəki erməniləri öldürməyə çağıran, gənclərə pulsuz siqaret və narkotik maddə paylayan nömrəsiz maşınlardakı şəxslərin sonradan müəyyənləşdirilməməsi, üstəlik Qərbi Azərbaycandakı dədə-baba torpaqlarından-Ermənistandan yenicə qovulmuş 4 min azərbaycanlının hadisələr ərəfəsində məqsədyönlü şəkildə Sumqayıta yerləşdirilməsi də məhz Kreml və Ermənistan xüsusi xidmət orqanlarının “əməyi”nin nəticəsi idi. Bütün bunların əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirildiyini böyük Azərbaycan alimi, akademik Ziya Bünyadov da faktlarla sübuta yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR