Bank Of Baku

Xocalı faciəsi günü İsraildə konsert vermiş Azərbaycan sənətçiləri haqqında ölçü götürülməsi üçün mədəniyyət və turizm nazirinə müraciət olunub

Xocalı faciəsi günü İsraildə konsert vermiş Azərbaycan sənətçiləri haqqında ölçü götürülməsi üçün mədəniyyət və turizm nazirinə müraciət olunub
# 28 fevral 2008 14:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycan Konqresi (DAK) Azərbaycan nümayəndəliyi Xocalı faciəsi günü-fevralın 26-da Azərbaycanın bir qrup müğənnisi-Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə İbadova və İlqar adlı şəxsin İsrailin Hayfa şəhərində konsert verməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib. DAK-ın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, müğənnilərdən biri-Nadir Qafarzadə faktı qismən təsdiqləyərək, həmin gün restoranın açılışına dəvət olunduqlarını deyib. O, yerli vaxtla gecə saat 24.00-dan sonra həmin restoranda çıxış etdiklərini söyləyib. Müraciətdə Nadir Qafarzadənin yalan danışdığı qeyd olunub: “Azərbaycanın İsraildə maraqlarını qoruyan bir diaspor cəmiyyəti olaraq İsrail Azərbaycanlıları Konqresinin əlində tutarlı faktlar var. Azərbaycanın mədəniyyətini və incəsənətini təbliğ edən insanların xalqın heysiyyatı ilə oynaması təəssüf doğurur. Hesab edirik ki, xalqın milli hissiyyatına hörmətsizlik edən bu müğənnilərlə bağlı lazımi ölçü götürüləcək”.
Qarabağ Azadlıq Təşkilatı da bununla bağlı bu bəyanatla çıxış edib. Bəyanatda adıçəkilən müğənnilərin səhnədən getməsi tələb olunur: “Hər bir azərbaycanlı onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməli, şənliklərinə dəvət etməməlidir. Xocalı soyqırımı günü konsert verən, yaxud bunu təşkil edən şəxsə azərbaycanlı qanı ola bilməz. Onların radio və telekanallara çağırılması da qadağan olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR