Bank Of Baku

Türkdilli dövlətlərin Parlament Assambleyasının katibliyi Türkiyədə yerləşəcək

Türkdilli dövlətlərin Parlament Assambleyasının katibliyi Türkiyədə yerləşəcək
# 28 fevral 2008 14:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması üçün hazırlanan razılaşma layihəsini Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri imzalayacaq. İmzalanmadan sonra Türkdilli dövlətlərin Parlament Assambleyası fəaliyyətə başlayacaq”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov deyib. O, artıq Türkdilli dövlətlərin Parlament Assambleyasının katibliyinin Türkiyədə yerləşməsi ilə bağlı razılığın əldə olunduğunu bildirib. Z. Əsgərovun sözlərinə görə, Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması bu ölkələr arasında münasibətlərin daha da dərinləşməsi, sosial-iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR