Bank Of Baku

ATƏT sədri: “Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı bu günün işi deyil”

ATƏT sədri: “Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı bu günün işi deyil”
# 28 fevral 2008 16:49 (UTC +04:00)
O bildirib ki, Azərbaycana gəlişi Cənubi Qafqaz respublikalarına səfəri çərçivəsində baş tutub, bir neçə həftə sonra isə Mərkəzi Asiya respublikalarına səfər edəcək. Regiona səfərinin əsas məqsədinin ATƏT-in prinsiplərini və fəaliyyətini təşviq etmək olduğunu deyən İ. Kanervanın sözlərinə görə, hər üç ölkədə ona Avropa dəyərləri və prinsiplərinə sadiq olduqlarını bildiriblər: “Biz regionda plüralist demokratiyasının inkişafını istəyirik”. O, Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə həm də ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr apardığını bildirib. Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinin səfərin prioritetlərindən olduğunu deyən ATƏT sədri problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini ifadə edib. Səfərinin məqsədlərindən birinin də demokratik islahatların davam etdirilməsi olduğunu deyən səfir bunu Avropaya inteqrasiyanın ümdə vəzifələrindən biri kimi qiymətləndirib. O, müxalifət nümayəndələri ilə görüşünü də məhsuldar adlandırıb. Sonra jurnalistlərin sualları cavablandıran İ. Kanerva Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız dinc yolla mümkünlüyünü bir daha vurğulayıb: “Münaqişə tərəfləri də bunu başa düşməlidir”. “Mən Minsk qrupunun BMT ilə əvəz olunmasına razı deyiləm” söyləyən qonaq Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakının bu günün işi olmadığını da vurğulayıb. Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsini qiymətləndirən İ. Kanerva deyib ki, ölkə rəhbərliyi cəmiyyəti müasirləşdirmək və Avropaya doğru inkişaf etdirmək əzmindədir: “Hər iki öhdəlik o deməkdir ki, Azərbaycan seçkilərlə əlaqədar tövsiyələrə mütləq əməl edəcək. Çünki Avropa dəyərlərinə yiyələnmək, Avropaya inteqrasiya etmək üçün həmin tövsiyələrin icra olunmasına çox böyük ehtiyac var və Azərbaycan hakimiyyəti bu sahədə artıq öz iradəsini bəyan edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR