Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycan Milli Məclisinin deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
# 29 fevral 2008 07:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin deputatları martın 2-də Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov seçkiləri Moskva şəhərində, deputat Adil Əliyev isə Sankt-Peterburq şəhərində izləyəcək.
Millət vəkilləri seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar. Millət vəkillərinin Rusiyaya səfəri martın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR