Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Rusiyaya gedib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Rusiyaya gedib
# 29 fevral 2008 08:05 (UTC +04:00)
Bakı. Elnur MəmmədliAPA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti martın 2-də Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu gün Rusiyaya yola düşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Məzahir Pənahovun rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti Rusiya MSK-nın dəvəti ilə Moskvada keçiriləcək səsvermənin gedişini müşahidə edəcək. MSK-nın iki üzvü isə MDB Müşahidə Missiyasının tərkibində Sankt-Peterburqda seçkiləri müşahidə edəcəklər. Nümayəndə heyətinə MSK-nın 5 üzvü, 2 şöbə müdiri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR