Bank Of Baku

Məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən kurslar başa çatıb

Məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən kurslar başa çatıb
# 29 fevral 2008 08:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Ölkə prezidentinin “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən kurslar bu gün başa çatıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, bir ay ərzində keçirilən kurslarda 26 mindən çox komissiya üzvü iştirak edib. O, sərəncama uyğun olaraq bu günə qədər DSK sədrləri və üzvləri, məntəqə seçki komissiyasının sədrləri və üzvləri üçün ayrı-ayrılıqda kurslar keçirildiyini bildirib. A. Sarıyev gələn aydan MSK-nın məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər və həmçinin maarifləndirmə işini başlayacağını bildirib. Maarifləndirmə işi AzTV və İctimai Televiziyada və həmçinin, dövlət qəzetlərində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR