Bank Of Baku

Məmməd Əlizadə: “Görünür, Məşvərət Məclisinin sədri kimi fəaliyyətim quruma daxil olan partiyaları qane etmədiyindən, dəyişikliyə qərar verildi”

Məmməd Əlizadə: “Görünür, Məşvərət Məclisinin sədri kimi fəaliyyətim quruma daxil olan partiyaları qane etmədiyindən, dəyişikliyə qərar verildi”
# 29 fevral 2008 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “İqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyindən getməyim qurumun Əsasnaməsi əsasında olub. Əsasnaməyə görə, rotasiya qaydası ilə 6 aydan bir sədrlik dəyişir. Odur ki, sədrlik bu qaydaya uyğun olaraq Yeni Azərbaycan Partiyasına keçib”. Bunu APA-ya açıqlamasında Məşvərət Məclisinin sədrliyindən ötən gün uzaqlaşdırılan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. 2002-ci ilin fevralından MM-ə sədrlik etdiyini bildirən M. Əlizadənin sözlərinə görə, seçki vaxtı qurumun daha ciddi şəkildə fəaliyyət göstərməsi üçün bu dəyişiklik vacib sayılıb: “Mən beş ildən artıq Məşvərət Məclisinə sədrlik etmişəm. Bu müddətdə sədrlikdə dəyişikliyin baş verməməsi fəaliyyətimin quruma daxil olan partiyaları qane etməsi ilə əlaqədardır. Yəqin, bu postdakı fəaliyyətim onları daha qane etmədiyindən, dəyişikliyə qərar verildi”.
Son vaxtlar M. Əlizadənin yeni iqtidar partiyası yaratması, bəzi yerlərdə YAP üzvlərini öz partiyasına keçirməsi ilə bağlı yayılan məlumatlarla bu qərarın arasında hər hansı əlaqənin olmasına gəldikdə, partiya sədri bunu istisna edib: “Partiya haqqında yayılan söhbətlə bu qərarın əlaqəsi yoxdur. Çünki sədr dəyişikliyi bir il əvvəl də baş verə bilərdi. Görünür, əvvəlki dövr üçün mən Məşvərət Məclisinə daxil olan partiyaları qane edirdim, amma bu gün daha ciddi fəaliyyət göstərmək düşüncəsindədirlər”. MM-dən çıxmaq fikrində olmadığını deyən M. Əlizadə yalnız bir halda bunu mümkün sayır: “Görsəm ki, şəxsiyyətimə və partiyama qarşı təzyiq meylləri var, bir saniyə də orada qalmaram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR