Bank Of Baku

AŞ PA bürosunun iclasında Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə baxılacağı gözlənilir

AŞ PA bürosunun iclasında Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə baxılacağı gözlənilir
# 29 fevral 2008 10:54 (UTC +04:00)
Xüsusi məruzəçini təyin etmək tövsiyəsi ilə büro qarşısında AŞ PA-nın Hüquq və İnsan Haqları Komitəsi çıxış edib. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel APA-ya bildirib ki, digər həmməruzəçi Yevgeniya Jivkova ilə fevralın əvvəlində Bakıya etdikləri səfərdən sonra həbsdə olan xəstə məhkumlar və jurnalistlərlə bağlı yeni heç nə baş verməyib: “Hüquq müdafiəçiləri Novruz bayramına qədər amnistiyanın gözləndiyini deyirlər. Əgər büronun iclasına kimi həbsdə olan xəstə məhbus və jurnalistlər azad edilsə, bu fakt nəzərə alınacaq. Əks halda, məruzəçini təyin etmək üçün büronun tutarlı arqumentləri var”.
Azərbaycan Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov isə APA-ya bildirib ki, büronun iclasında iştirak edəcək və məsələyə yalnız iclasdan sonra münasibət açıqlayacaq. Büronun iclasına kimi əfv fərmanın imzalanıb-imzalanmayacağına gəldikdə, S. Seyidov bunun prezidentin səlahiyyətində olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR