Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri MDİ-nin Bakı ofisinin rəhbəri ilə görüşüblər

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri MDİ-nin Bakı ofisinin rəhbəri ilə görüşüblər
# 29 fevral 2008 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvləri Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Yan Vudvordla görüşüblər. DUİ-dən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ problemi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi və demokratik seçki mühitinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanda demokratiyanın inkişafına yardım edəcək bu və ya digər məsələlərlə əlaqədar tərəflərin əməkdaşlıq niyyəti də müsbət qarşılanıb. Belə görüşlərin və müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətli olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR