Bank Of Baku

Mübariz Qurbanlı: “Mən “Yeni Azərbaycan” qəzetinin işini yalnız koordinasiya edirəm, baş redaktorun səlahiyyətlərini isə müavin həyata keçirəcək”

Mübariz Qurbanlı: “Mən “Yeni Azərbaycan” qəzetinin işini yalnız koordinasiya edirəm, baş redaktorun səlahiyyətlərini isə müavin həyata keçirəcək”
# 29 fevral 2008 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ““Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin edilənə kimi bu səlahiyyətləri baş redaktorun müavini həyata keçirəcək. Mən isə qəzetin işini koordinasiya edirəm. Birbaşa yaradıcılıq işlərinə tam müdaxilə etməsəm də, qəzetə istiqamət verirəm”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibini müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, icra katibliyi də qəzetə nəzarət edir və yaxın günlərdə yeni baş redaktor təyin ediləcək. M. Qurbanlı bundan sonra hər şeyi baş redaktorun həll edəcəyini söyləyib. Qəzetdə hansı dəyişikliklərin edilməsinin nəzərdə tutulmasına gəldikdə, M. Qurbanlı bunun yeni baş redaktordan vəzifəsi olduğunu qeyd edib: “Qəzetə gələcək baş redaktor öz dəst-xəttinə uyğun işlər görəcək, partiya da qəzetlə tam əməkdaşlıq edəcək. YAP-ın dəst-xəttinə uyğun partiya fəaliyyətinin qəzetdə geniş şəkildə işıqlandırılması, siyasətinin təbliği, prezidentin təbliği və digər məsələlər gücləndiriləcək”. Alqış Həsənoğlunun baş redaktor olduğu vaxt bu sahədə hər hansı problemin olub-olmaması barədə suala isə millət vəkili konkret cavab verməyib: “Alqış Həsənoğlunun da iştirakı ilə İdarə Heyətinin iclası keçirilib, bu məsələ müzakirə edilib və belə qərara gəlinib ki, baş redaktor dəyişdirilsin. O da bu məsələlərlə bağlı məlumatlandırılb”. Yeni baş redaktorun kimliyinə gəldikdə M. Qurbanlı deyib ki, İdarə Heyətinə namizədlər təqdim olunacaq və onlardan biri baş redaktor seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR