Bank Of Baku

İqbal Ağazadə: “Ümid Partiyası Azərbaycanda bu il keçiriləcək prezident seçkisində fərqli taktikadan istifadə edəcək”

İqbal Ağazadə: “Ümid Partiyası Azərbaycanda bu il keçiriləcək prezident seçkisində fərqli taktikadan istifadə edəcək”
# 01 mart 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ümid Partiyası bu il keçiriləcək prezident seçkisində müxalifət partiyalarının əvvəlki seçkilərdə istifadə etdiyi ənənəvi bloklaşma və mitinq taktikalarından imtina edəcək. Bu barədə APA-ya partiyanın sədri, millət vəkili İqbal Ağazadə deyib. İ. Ağazadə deyib ki, seçkidə Ümid Partiyasının prezidentliyə namizədini dəstəkləyəcək qurumlar olsa, həmin təşkilatlara minnətdar olacaqlar: “Amma əlahiddə blok çərçivəsində fəaliyyət göstərməyi effektli hesab etmirik. Çünki seçici namizədə bloka görə deyil, onun platformasına, proqramına və təşkilatın işinə görə səs verir. O cümlədən, mitinq taktikasını da prioritet hesab etməyəcəyik. Çünki mitinqlərdə təbliğat-təşviqat işini quranlar üçün işlədikləri, təhsil aldıqları yerdə təzyiqlər başlayır və vətəndaşlar qorxudulur. Buna görə də fərqli taktikadan istifadə edəcəyik”. İ. Ağazadə bildirib ki, partiya prezident seçkisi ilə bağlı hazırlıq işlərinə 2006-cı ilin sonlarından başlayıb. 2008-ci ilin yanvar-fevral aylarında 300 mindən çox mobil telefon istifadəçisinə partiyanın təbliğat mesajları göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR