Bank Of Baku

Əli Yavuz Akpınar: “Rəsulzadənin əsərlərinin külliyyatını Azərbaycan dövlət arxivinə verəcəyəm” - EKSKLÜZİV

Əli Yavuz Akpınar: “Rəsulzadənin əsərlərinin külliyyatını Azərbaycan dövlət arxivinə verəcəyəm” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 03 mart 2008 07:33 (UTC +04:00)
O, Məmmədəmin Rəsulzadənin əlyazmalarının əksəriyyətinin onda olduğunu söyləyib: “Rəsulzadənin bir zamanlar Türk Ensiklopediyasına Azərbaycanla bağlı yazdığı bir çox bölüm var. Türk Ensiklopediyasında, məsələn, Gəncə və ya Xaqani Şirvani bölümlərin kimin yazdığı bilinmir, çünki oradakı yazılar imzasızdır. Ancaq Rəsulzadənin arxivində Türk Ensiklopediyasının o vaxtkı baş redaktoru Agah Sirri Levendin ona verdiyi sifarişlərin siyahısını görürük. Eyni zamanda Rəsulzadə Türk Ensiklopediyası üçün yazdığı məqalələrin də siyahısını arxivində saxlayıb. Rəsulzadənin Türk Ensiklopediyası üçün yazdığı ən böyük bölüm - “Azərbaycan” bölümüdür. Hal-hazırda onun ensiklopediya üçün yazdığı bölümləri bir yerə toplayıram. “Azadlıq” radiosu üçün də bəzi yazılar yazıb, indi həmin yazıların radioda verilib-verilmədiyini araşdırıram. Onun rus dilində bəzi məqalələri də əlimizdədir bunlar Rəsulzadənin sağlığında “Prometey”də və digər jurnallarda çıxıbmı bunları da öyrənməyə çalışıram. İstənilən hallarda biz əsərlərin hamısını Rəsulzadənin külliyyatına daxil edəcəyik”. Əli Yavuz Akpınar Azərbaycan Kültür Dərnəyinin 1978-ci ildə çap etdirdiyi “Milli təsanüd” kitabının da külliyyata daxil ediləcəyini bildirib: “Bu kitabın əlyazması da bizdədir. Təəssüf ki, başda Rəsulzadənin “Əsrimizin Siyavuşu” olmaqla, Ankara və Bakıda çap edilmiş əsərlərində bir çox redaktə səhvi var. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabı çap ediləndən sonra onu daha da təkmilləşdirmək üçün etdiyi qeydlər var. Bu qeydlər mərhum Əjdər Kurtulanın oğlu İldəniz Kurtulana qalmışdı, o da mənə verdi. İndi biz “Azərbaycan Cümhuriyyəti” kitabını Rəsulzadənin düşündüyü əlavələrlə çap edəcəyik”. Professor topluya Bakıdakı nəşrlərdən nə isə əlavə etmək niyyətində olmadığını deyib: “Hələlik Bakıdakı nəşrlərdən nə isə əlavə etməyi düşünmürəm. Sağ olsun, Şirməmməd müəllim çox böyük işlər görüb “İrane nou” jurnalında çap edilmiş məqalələri də külliyyata daxil edib. Mən Rəsulzadə irsinin Azərbaycanda təzə-təzə araşdırılmağa başlandığını düşünürəm. Çünki onun əsərlərinin çapı hələ də davam edir. Rəsulzadənin “Azadlıq” radiosuna yazdığı yazıların bir qismi əlimizdədir ancaq Münhendəki arxivdə də müəyyən şeylər ola bilər. Təəssüf ki, Məmməd Əmin Rəsulzadənin arxivi ayrı-ayrı əllərdədir. Ancaq biz Rəsulzadənin ərəb, kiril və latın əlifbasındakı xəttini yaxşı tanıyırıq və inşallah, külliyyatı mükəmməl şəkildə oxuculara təqdim edəcəyik”. Əli Yavuz Akpınar türkçülük ideologiyasının memarlarından Əli bəy Hüseynzadənin arxivi ilə bağlı da müəyyən işlərin həyata keçiriləcəyini bildirib: “Əli bəy Hüseynzadənin arxivini əldə etmişik və bu arxivi elektron variantda hazırlamaq niyyətindəyik. Hüseynzadə irsinin dijital platformada öyrənilməsi üçün əlimizdən gələni edəcəyik. Onun qızı və gəlini İstanbulda yaşayır. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan ediləndən 13 gün sonra türk ordusu Gəncəni mühasirəyə alır. O vaxt böyük şair Məhəmməd Hadinin türk ordusuna yazdığı şerin əlyazması da məndədir. Əliabbas Müznibin “Qar çiçəyi” şerinin əlyazması, Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirini öz əli ilə yazaraq Əli bəy Hüseynzadəyə göndərdiyi nüsxələri də mənim şəxsi arxivimdədir. Bunlar çox qiymətli materiallardır. O dövrə aid çox fotolar da var. Bundan sonra görüləcək işimiz çoxdur. Sonda isə Rəsulzadənin əsərlərinin külliyyatını Azərbaycan dövlət arxivinə verəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR