Bank Of Baku

Arif Hacılı Polşada keçirilən beynəlxalq konfransda iştirak edib

Arif Hacılı Polşada keçirilən beynəlxalq konfransda iştirak edib
# 03 mart 2008 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ABŞ-ın Şərqi Avropada Demokratiya İnstitutunun təşəbbüsü ilə Polşada keçmiş sosialist ölkələrində demokratiyanın inkişafı mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı da iştirak edib. A. Hacılının APA-ya verdiyi məlumata görə, toplantıya Litvanın keçmiş prezidenti Vitautas Landsbergis, Belarus Xalq Cəbhəsinin sədri Aleksandr Milinkeviç, Gürcüstan parlamentinin üzvləri və digər tanınmış şəxslər qatılıb. Konfransdan sonra A. Hacılı Polşa Demokrat Partiyasının sədri, keçmiş xarici işlər naziri və hazırda Avropa Birliyi Xarici İşlər Komissiyasının sədr müavini Yanoş Onuşkeviçlə görüş keçirib. Görüşdə Azərbaycan-Polşa münasibətləri, Azərbaycanın mənafelərini Avropa Parlamentdə müdafiə edilməsi və Müsavatla Polşa Demokrat Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR