Bank Of Baku

AMİP Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini Prezident Aparatı və Milli Məclisə təqdim edib

AMİP Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini Prezident Aparatı və Milli Məclisə təqdim edib
# 03 mart 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini Prezident Aparatına və Milli Məclisə təqdim edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, partiya dövlət qurumlarının bu təkliflərə müsbət reaksiya verəcəyinə ümid edir. Onun sözlərinə görə, layihədə seçki dairələrinin formalaşdırılmasının konkret inzibati ərazi bölgüsünə və həmin inzibati ərizədə qeydiyyatda olan vətəndaşların sayına uyğunlaşdırılması, Milli Məclisə proporsional seçki sisteminin bərpa olunması, parlament üzvlərini sayının 150-yə çatdırılması və onların hamısının proporsional seçki ilə seçilməsi, parlament seçkilərində qalib gələn partiya və ya seçki blokunun prezidentlə məsləhətləşmədən sonra koalision hökumətin yaradılması təklifləri nəzərdə tutulub. Partiya hesab edir ki, bu dəyişikliklər üçün bu ilin may-iyun aylarında referendum keçirməyə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR